• 19 Mart 2024
logo
"Biz təcrübə pişiyi, qurbağası deyilik" - Pişik Güneldən PEYVƏNDƏ ETİRAZ

"Biz təcrübə pişiyi, qurbağası deyilik" - Pişik Güneldən PEYVƏNDƏ ETİRAZ

"Əslində mən peyvəndə pis baxmıram. Biz hamımz uşaq vaxtı müxtəlif xəstəliklərə qarşı peyvənd olunmuşuq. Amma son vaxtlar sosial şəbəkələrdə TƏBİB-in açıqlamalarına rast gəldim ki, kim peyvənd vurulandan sonra əmək qabiliyyətin itirirərsə ona sosial müavinət veriləcək. Hər gün bir söz deyirlər. Od olmayan yerdən tüstü çıxmaz.Ona görə insanın inamı yoxdur. Mən TƏBİB-ə demək istəyirəm ki, biz insanıq. Təcrübə pişiyi, təcrübə qurbağası deyilik".

Bu sözləri Pişik ləqəbli müğənni Günel Ələkbərova BiG.AZ - a açıqlamasında deyib.

Müğənni bu gündən başlanan vaksinləşdirmə prosesinə münasibət bildirib. Günel koronavirusa yoluxmağı peyvənd vurdurmaq üstün tutduğunu bildirib:

"İnsanın həyatı bu qədər ucuz ola bilməz. Bu peyvənd insanlara qorxulu gəlir. Amma yenə də sağ olsunlar əvvəlcədən deyirlər ki, hansısa mənfi fəsadı ola bilər. Belə şeyləri eşidib qorxuram. İnşallah ki, könüllülük əsasında vurular. Amma belə söhbətlər də eşitmişik ki, guya peyvənd olunmayan başqa ölkəyə gedə bilməz. Yəni belə istisnalar olsa məcbur hamı vurduracaq. Amma könüllülük əsasında vurulsa yaxşı olar. Burdan TƏBİB-ə demək istəyirəm ki, insanların həyatı ilə oynamasınlar. Belə söhbətləri eşidəndən sonra mən istəmirəm peyvənd vurdurmaq. Fikirləşirəm ki, yaxşısı budur mən koronavirus tutum çünki çox zaman sağalır amma peyvənd olunmaq istəmirəm. Getsinlər dovşana, pişiyə vursunlar sonra camaata vurulsun. İnsanları rahat buraxsınlar. İnsanların belə həssas dönəmində onlara belə psixoloji zərbə vurmasınlar. Çoxları belədi içi mən qarışıq. Könüllü kim istəyir ona vursunlar. Koronavirus tutmaq istəmirsən, get vurdur peyvənd. Mən özüm bilərəm koronavirus tutaram ya peyvənd vurduraram. Yəni bunu etməsinlər ki, peyvənd vurdurmayanlar işdən çıxarılacaq və yaxud da başqa səbəblər gətirməsinlər. Mən şəxsən peyvənd olunmaq istəmirəm. Allah hamının köməyi olsun".
SAMİRƏ