• 19 Mart 2024
logo
"Pandemiyadan sonra toya getməyəcəm"

"Pandemiyadan sonra toya getməyəcəm"

"Pandemiya başlayandan əhvalım yoxdur. Pul düşkünü olmamışam. Pul hamıya lazımdır, amma gərək onun qızdırmasına dözəsən. Allah hamıya qədərində pul versin. Heç vaxt deməmişəm ki, Allah, mənə pul çox ver. Demişəm, qədərində, övladıma və özümə lazım olacaq dərəcədə pulum olsun".

BiG.AZ Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Rühəngiz Allahverdiyeva "Elgizlə izlə" proqramında deyib. Müğənni pandemiyadan bəhs edib. O bildirib ki, koronovirusdan əvvəl hər gün toya gedib:

"Allah bizi azad yaradıb. İndi ağzımız bağlanıb, evdə oturmuşuq. Allah deyir ki, bəndəm, sənə vaxt vermişəm, düşün. Bəlkə insanlar düzələ.

Pandemiyadan əvvəl hər gün toya gedirdim, pul qazanırdım. Toydan çıxan kimi marketə qaçırdım, pendirin 5 cürəsini, çörəyin 10 növünü alırdım. Bu gün toy yoxdur, amma yenə çörək var. çünki vaxtında savab işlər etmişəm.

Amma bundan sonra toy görmürəm. Çalışacam başqa sahədə pul qazanacam. O qədər gənclər var ki, gedib toylarda oxuyarlar. Mən toylarda hər zaman canlı oxuyurdum".