• 19 Mart 2024
logo
"Müğənni kimdi ki, peyvənd olunmasın?!" - Əli Mirəliyev OD PÜSKÜRDÜ

"Müğənni kimdi ki, peyvənd olunmasın?!" - Əli Mirəliyev OD PÜSKÜRDÜ

Xəbər verdiyimiz kimi bu gündən ölkədə Covid-19 infeksiyasına qarşı vaksinasiya mərhələsi başlayır. İlkin mərhələdə tibb işçiləri sözügedən peyvəndi vurduracaq.

BiG.AZ xəbər verir ki, vaksin vurdurmaq könüllülük əsasında aparılacaq. Bununla bağlı bir çox məşhurlarla sorğu apararaq vaksin vurdurub vurdurmayacağı ilə bağlı fikirlərini öyrəndik. Müğənni Əli Mirəliyev BiG.AZ-a açıqlamasında bildirib ki, vaksin vurduranların sırasındadır.

"Məşhurlardan öncə həkimlərə,polislərə vurulacaq. Məşhurlar deyəndə ki, bu nə sözdü ümumiyyətlə. Müğənni kimdi ki, məşhur olsun. Əgər həkimlər, polislər vaksin vurdurursa müğənni kimdi ki, vurdurmasın. Mən belə fikirləşirəm ki, "palaza bürün elnən sürün". Hamı necə biz də elə. Hamımız vurdurmalıyıq. Qanun hamı üçündü. Əgər əsgərlərimiz, polislərimiz, zabitlərimiz vurdurursa biz də vurdurmalıyıq. Həkimlərimiz bizi hər bir bəladan qurtarırsa və onlara vurulursa. Niyə hansısa müğənni dikbaşlıq edib vurdurmamalıdır. Sən kimsən axı? Sən Azərbaycan xalqının bir balasısan və bəlasısan. Yəni bu bəzilərinə aiddir özlərini böyük aparanlara. Nə etmisən ki, sən? Kosmos fəth etmisən, müharibədə iştirak etmisən?Hansısa səviyyəsiz mahnı oxuyub məşhur olmusan. Mən də vurduracam".
SAMİRƏ