• 23 Aprel 2024
logo
Jitomirdə Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

Jitomirdə Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

Oktyabrın 18-də Ukraynanın Jitomir şəhərində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. Bu haqda özəl olaraq "Palitra"ya Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) Jitomir nümayəndəliyinin sədri Rac Qasımov məlumat verib. Tədbir Jitomir şəhərindəki Mədəniyyət evində Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) Jitomir nümayəndəliyi tərəfindən təşkil ediləcək. Azərbaycan Mədəniyyət Günləri çərçivəsində tariximiz, milli mətbəxtimiz, musiqimiz, rəqslərimiz təbliğ olunacaq. Azərbaycan diasporu üçün ayrılmış mərkəzdə yerli əhaliyə bir həftə ərzində ölkəmiz haqqında məlumat veriləcək. Həmçinin Azərbaycan və Ukrayna müğənnilərinin ifası ilə konsert olacaq. Tədbirin bir günü isə "Nəsimi İli"nə həsr olunacaq. Həmin gün Azərbaycan şairi İmadəddin Nəsiminin, eləcə də Ukrayna ədibi Taras Şevçenkounun şeriləri oxunacaq.