• 24 Aprel 2024
logo
“Qarabağ – mədəniyyətimizin beşiyi”: Məmmədbəyli türbəsi

“Qarabağ – mədəniyyətimizin beşiyi”: Məmmədbəyli türbəsi

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihə davam edir.

Layihə çərçivəsində növbəti material Məmmədbəyli türbəsinə həsr olunub.

Zəngilan rayonunun Məmmədbəyli kəndində yerləşən və səkkizguşəli prizmadan ibarət olan türbə Məhəmməd əl-Hacın oğlu Yəhyanın şərəfinə 1305-ci ildə inşa edilib.

Binanın memarı və bənnası XIV əsrdə İpək yolu üzərindəki abidələri yaratmış Əli Məcdəddindir.

Zəngilan rayonu Ermənistan tərəfindən işğal olunduqdan sonra türbənin hazırki vəziyyəti məlum deyil.

Qeyd edək ki, layihə çərçivəsində mədəni irsimizə qarşı vandalizm aktları, əzəli yurd yerlərimizdəki abidələr, tarixi həqiqətlərin yerli və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün hazırlanan məlumatların müxtəlif dillərdə qlobal internet məkanında, o cümlədən sosial şəbəkələrdə yayılması nəzərdə tutulur.