• 19 Aprel 2024
logo
Erməni təxribatı nəticəsində Şeyx Babı türbəsinə ciddi ziyan dəyib

Erməni təxribatı nəticəsində Şeyx Babı türbəsinə ciddi ziyan dəyib

Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin yenidən törətdiyi genişmiqyaslı təxribatlar nəticəsində düşmənin yaşayış məntəqələrinə istiqamətlənmiş atəş zərbələrindən biri Füzuli rayonunun Babı kəndinin yaxınlığında yerləşən qəbiristanlığa düşüb.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, qəbiristanlıqdakı dövlət mühafizəsinə götürülmüş ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi olan Şeyx Babı türbəsinə ciddi ziyan dəyib.

Tarixi abidənin fasadı zədələnib və nəticədə türbə qəzalı vəziyyətə düşüb.