• 26 Aprel 2024
logo
Kitabxana “Ordum varsa, yurdum var” adlı videoçarx hazırlayıb

Kitabxana “Ordum varsa, yurdum var” adlı videoçarx hazırlayıb

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 nömrəli filialı Xalq şairi Zəlimxan Yaqubun “Ordum varsa, yurdum var” şeirinə eyniadlı videoçarx hazırlayıb.

İdarədən bildirilib ki, videoçarx kitabxananın “Instagram” səhifəsində yerləşdirilib.

Zəlimxan Yaqub Azərbaycanın vətənpərvər şairlərindən biridir. Şair xalqın həyatını, mübarizəsini, sabaha inamını şeirlərində özünəməxsus poetik üslubda qələmə alıb.

Xalq şairinin yaradıcılığında həsrət, qəm-kədər, mübarizlik, intiqam, çağırış, döyüşkənlik ruhu ön planda olub. Doğma torpağı qorumaq əzmi şairin şeirlərinin əsas mövzusuna çevrilib. Onun şeirləri vətən övladlarını qəhrəmanlıq ruhunda böyüməyə, vətənpərvərlik duyğuları aşılamağa və gələcəyə olan ümidlərini daha da möhkəmləndirməyə imkan verir.