• 19 Mart 2024
logo
Anar Kərimov: "Fəxri adlara təqdim olunan namizədləri müstəqil komissiya müəyyənləşdirəcək"

Anar Kərimov: "Fəxri adlara təqdim olunan namizədləri müstəqil komissiya müəyyənləşdirəcək"

"Fəxri adların verilməsi ilə bağlı dediyim fikir düzgün anlaşılmayıb, söhbət gələcəkdə fəxri adların verilməsi ilə bağlı sui-istifadə hallarının qarşısının alınmasından gedir". Bunu jurnalistlərə Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib. O bildirib ki, bu məqsədilə gələcəkdə hüquqi tənzimləyici mexanizmin həyata keçirilməsi təklif edilib: "Bu mexanizmdə konkret meyarlar olunacaq. Bu meyarlar vasitəsilə fəxri adlara təqdim olunan namizədlərin nəzərdən keçirilməsi müstəqil komissiya tərəfindən həyata keçiriləcək. Hesab edirik ki, qərarın gizli şəkildə qəbul edilməsi məqsədəuyğun olacaq. Bu, bizim təklifimizdir. Bununla da gələcəkdə prosesdə hər hansı sui-istifadə hallarının qarşısını ala biləcəyik". Mədəniyyət Nazirliyində həbslər və Hesablamalar Palatasının apardığı yoxlamalarla bağlı suallara cavab verən A. Kərimov deyib ki, bu məsələni artıq Maliyyə Nazirliyi və digər dövlət qurumları araşdırdığı üçün şərh vermək istəmir.