• 23 Oktyabr 2020
logo
Deputat: “Elə etməliyik ki, muzeylər, mədəniyyət abidələri gəlir gətirsin”

Deputat: “Elə etməliyik ki, muzeylər, mədəniyyət abidələri gəlir gətirsin”

“Bizdə mədəniyyət sahəsi ən az gəlir gətirən sahələrdən biridir”.

Bunu Milli Məclisin Mədəniyyət komitəsinin bugünkü iclasında deputat Nizami Cəfərov deyib.

“Elə etməliyik ki, muzeylər, mədəniyyət abidələri gəlir gətirsin. Bununla bağlı təcrübəmiz var. Ən xırda detalları ilə bu gün bizim mədəniyyət abidələrimiz qorunmalıdır. İncəsənət əsərini bazara mütəxəssis çıxarmalıdır. Biz hələ ki ancaq müğənnilərdən vergi tələb edə bilirik. İncəsənətin digər daşıyıcılarından vergi tələb edə bilmirik və ortaya müxtəlif problemlər çıxır”, - deyə deputat qeyd edib.