• 22 Sentyabr 2020
logo
Milli Xalça Muzeyi şənbə-bazar günləri bağlı qalacaq

Milli Xalça Muzeyi şənbə-bazar günləri bağlı qalacaq

Sentyabrın 15-dən Azərbaycan Milli Xalça Muzeyi həftə içi çərşənbə axşamı – cümə günləri, saat 10.00-dan 20.00-dək açıq olacaq.

Mədəniyyət Nazirliyindən verilnə məlumata görə, muzeyin fəaliyyəti mövcud qaydalara, sanitar normalarına və metodiki göstərişlərin tələblərinə uyğun təşkil olunacaq, muzeyə 10 nəfərdən çox olmayan qruplar buraxılacaq.

Şənbə-bazar günləri dezinfeksiya işləri ilə əlaqədar muzey ictimaiyyət üçün bağlı qalacaq.