• 26 Sentyabr 2020
logo
Cavid Zeynallının kitabı Türkiyədə çap olunub

Cavid Zeynallının kitabı Türkiyədə çap olunub

Yazar Cavid Zeynallının “Coğrafiya müəllimi” adlı kitabı Türkiyə türkcəsində işıq üzü görüb.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, kitab Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsi çərçivəsində “Azərbaycan Ədəbiyyatı Gənclik Seriyası”nda çıxıb.

Şair-tərcüməçi Yurtsevən Şənin türkcəyə çevirdiyi əsər Türkiyənin “Zengin Yayıncılık” nəşriyyatı tərəfindən 5000 tirajla nəşr olunub.