• 19 Aprel 2024
logo
Mərkəzi Kitabxana vətənpərvərlik ruhunda videoçarxlar hazırlayıb

Mərkəzi Kitabxana vətənpərvərlik ruhunda videoçarxlar hazırlayıb

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası #igidəsgərmöhkəmdayan həştəqi ilə vətənpərvərlik ruhlu videoçarxlar hazırlayıb. Virtual oxucular tərəfindən vətənpərvərlik ruhunda söylənən şeir və ifa olunan mahnılar, vətən uğrunda canından keçən şəhidlərə həsr olunan videoçarxlar sosial şəbəkələrdə yerləşdirilib. Kitabxananın Metodika və biblioqrafiya şöbəsinin müdiri Aysel İsmayılova hazırladığı videoçarxda “Şəhid anası” şerini səsləndirib, həmin şöbənin böyük metodisti İradə Hüseynova isə “Şəhidlik zirvəsi” şerini söyləyib.

Şəhidlər bizim kədərimiz, nisgilimiz, qürur yerimiz, fəxrimizdir. Şəhidliyin özü də bir səadətdir. O, zirvəyə ucalmaq, insanlığın ən yüksək zirvəsinə çatıb ölümə qalib gəlməkdir.

Videoçarxların əsas qayəsi “Vətən qarşısında hər vətəndaş öz borcunu fəaliyyət göstərdiyi istiqamətdə yerinə yetirməli və lazım gəldikdə müsəlləh əsgərə çevrilməlidir” ideyasıdır.