• 5 Avqust 2020
logo
Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi və Nəriman Nərimanov adına xatirə muzeyi fəaliyyətini bərpa edib

Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi və Nəriman Nərimanov adına xatirə muzeyi fəaliyyətini bərpa edib

Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi və

Nəriman Nərimanov adına xatirə muzeyi bu gündən fəaliyyətini bərpa edib.

APA-nın yerli bürosu xəbər verir ki, ziyarətçilər hər iki muzeyə Gürcüstan Səhiyyə Nazirliyinin hazırladığı xüsusi təlimata uyğun qəbul edilirlər.

Termal yoxlanışdan keçirilən ziyarətçilərdən tibbi maskadan istifadə etmək, sosial məsafə saxlamaq tələb edilir.

Qeyd edək ki, COVİD-19 pandemiyası səbəbi ilə Gürcüstanda muzeylər mart aynın ortalarından etibarən fəaliyyətlərini müvəqqəti dayandırmışdı.