• 8 İyul 2020
logo
Hesablama Palatası Mədəniyyət Nazirliyində hər hansı yoxlama aparmır - RƏSMİ

Hesablama Palatası Mədəniyyət Nazirliyində hər hansı yoxlama aparmır - RƏSMİ

Hal-hazırda Hesablama Palatası tərəfindən Mədəniyyət Nazirliyində hər hansı yoxlama aparılmır.

Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib. Verilən məlumata görə, Hesablama Palatası 2019-cu ildə Mədəniyyət Nazirliyində nazirliyin və tabe müəssisələrin 2017-2018-ci illər üzrə fəaliyyətini əhatə edən audit yoxlaması aparıb.

Qeyd edək ki, son günlər bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən Mədəniyyət Nazirliyində yoxlamanın keçirilməsi barədə xəbərlər yayılıb.