• 19 Aprel 2024
logo
Könül dostum Elçin Manaf üçün...

Könül dostum Elçin Manaf üçün...

Bulaqlar, bulaqlar,
bol sulu bulaqlar,
Özünüz, özünüz su içmədiniz.

Ağaclar, ağaclar,
bar verən ağaclar,
Meyvə yemədiniz, yarpaq dərmədiz.

Ah, Günəş,
ah, Günəş, hələ sən...
Səni nə isidər?

Çicəklər, çicəklər,
nə qoxlarsınız?

Yağışı üstünə yağmayan buludlar,
bəs sizi kim duyar,
bəs sizi kim ağlar?..

Bir də mən, bir də mən-
Ömrünü özünə çox görən...