• 29 Mart 2024
logo
Anar Məmmədxanovun xatirəsinə həsr edilən veriliş

Anar Məmmədxanovun xatirəsinə həsr edilən veriliş

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi aprelin 30-da canlı efirdə “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun əfsanəvi kapitanı Anar Məmmədxanovun xatirəsinə həsr edilən veriliş yayımlayacaq. İdarədən bildirilib ki, veriliş Əməkdar artist, “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun üzvü, kinoaktyor və rejissor Bəhram Bağırzadənin təqdimatında Anar Məmmədxanovun həyat yoldaşı İradə Məmmədxanovanın və yaxın dostlarının, yazıçı, publisist Bakı Kitab Mərkəzinin rəhbəri Günel Anarqızının və ASAN FM Radiosunun rəhbəri, populyar teleaparıcı Emin Musəvinin iştirakı ilə efirə gedəcək.
Proqramda Anar haqqında xoş xatirələr danışılacaq, bu işıqlı şəxsiyyətin görünən və görünməyən cəhətləri, həyat yolu haqqında onun qəlb dostlarının fikirləri səslənəcək. Anar Məmmədxanovun xatirəsinə həsr olunmuş gecəni Baş İdarənin @bakimedeniyyetidaresi rəsmi “Instagram” hesabından canlı izləyə və əsl ziyalı haqqında fikirlərinizi canlı efirdə paylaşa bilərsiniz.