• 26 Aprel 2024
logo
Yunus Oğuzun 5 cildliyinin birinci cildi - "Nadir şah" çapdan çıxıb

Yunus Oğuzun 5 cildliyinin birinci cildi - "Nadir şah" çapdan çıxıb

Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun 5 cildliyinin birinci cildi çapdan çıxıb.
Həmin cildə yazıçının ilk tarixi romanlarından olan, dünyanın müxtəlif dillərinə tərcümə olunan və həmin ölkələrdə çap edilən "Nadir şah" romanı daxil edilib.
Romana ön sözü akademik, millət vəkili Nizami Cəfərov yazıb.
Qeyd edək ki, yazıçının seçilmiş əsərləri silsiləsinə daxil olan 4 romanı isə çapa hazırlanır. Yunus Oğuzun əsərələrinin çap işini "Ol" nəşriyyatı həyata keçirir.