Son xəbərlər
10 İYUN
08 İYUN
07 İYUN
SOSİAL

Azərbaycanda qoruqlarla bağlı yeni qurumun yaradılması təklif edilib

<b>Azərbaycanda qoruqlarla bağlı yeni qurumun yaradılması təklif edilib</b>

Dövlət Turizm Agentliyi Azərbaycanda qoruqların fəaliyyəti ilə bağlı yeni qurumun yaradılmasını təklif edib

Trend-in məlumatına görə, bunu agentliyin sədri Fuad Nağıyev deyib.
Onun sözlərinə görə, Dövlət Turizm Agentliyinin tabeliyində qoruqlarla bağlı publik hüquqi şəxs qismində Qoruqların İdarəetmə Mərkəzinin yaradılmasını təklif ediblər:
"Hazırda Nazirlər Kabinetində bu məsələyə baxılır. Qoruqların həmin mərkəz vasitəsilə idarəolunması təklif edilir. İstəyirik ki, proseslər şəffaf keçsin. Qoruqlarda turniketlər quraşdırılacaq və biz qoruqların bütün gəlirlərini görəcəyik. Həmin mərkəzin gəlirləri ehtiyacı olan başqa qoruqların inkişafı üçün yönəldiləcək".
F.Nağıyev əlavə edib ki, hazırda Dövlət Turizm Agentliyinin tabeliyində 7 qoruq fəaliyyət göstərir. Qoruqların bəzilərində müəyyən işlərinin görülməsinə ehtiyac var.
Agentlik sədrinin məlumatına görə, artıq "Yanardağ"da muzey, uşaqlar üçün əyləncə məkanları, kafe, 500 nəfərlik amfiteatr yaradılıb: "Hesab edirəm ki, "Atəşgah"ı da turistlər üçün cəlbedici etmək üçün nələrsə yaradılmalıdır. Yaxın zamanlarda orada muzey, uşaqlar üçün əyləncə məkanı yaradacağıq. Qoruqlara giriş 18 yaşa qədər uşaqlar üçün pulsuz, yerli əhali üçün indiki kimi 2 manat olacaq. Amma əcnəbilər üçün qiyməti bir qədər fərqləndirmək istəyirik. Bu təcrübə başqa ölkələrdə də var. Müşahidə edirik ki, hər ay 15 min turist "Yanardağ"a, 20 mindən çox turist "Atəşgah"a gəlir"









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv