Son xəbərlər
10 İYUN
08 İYUN
07 İYUN
QHT XƏBƏR

Şuranın dəstəyi ilə yaradılan Anadilim.az saytının təqdimatı keçirilib

<b>Şuranın dəstəyi ilə yaradılan Anadilim.az saytının təqdimatı keçirilib</b>

“Bakı Natiqlik Məktəbi” (BNM) İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İnternet informasiya resurslarında və sosial şəbəkələrdə Azərbaycan dilinin saflığının qorunması” adlı yeni layihəsi çərçivəsində hazırlanan www.Anadilim.az saytının təqdimatını keçirib.
BNM-nin sədri Elçin Mirzəbəyli əvvəlcə sayt haqqında tədbir iştirakçılarına qısa məlumat verib. QHT sədri bildirib ki, layihənin fəaliyyət planına uyğun olaraq sayt 4 ay müddətində fəaliyyət göstərəcək: “Ancaq bu layihə mövzusunun günün aktual mövzularından biri olduğunu nəzərə alaraq, daxili imkanlarımız çərçivəsində saytın bir neçə il də fəaliyyətini davam etdirəcəyini qərara almışıq”.
QHT rəhbəri onu da vurğulayıb ki, əsas məqsəd saytda Azərbaycan dilinin fonetik (orfoepik, orfoqrafik), leksik və qrammatik normaları haqqında ətraflı məlumat vermək, dilçi alimlərin müsahibələri və açıqlamaları, dilimizə daxil olan yeni sözlər və onların izahı barədə məlumatlar yayımlamaq, Azərbaycan dili və ədəbiyyatını təbliğ etməkdir.
Daha sonra müzakirələr aparılıb. Tədbirdə iştirak edən jurnalistlər ana dilimizin saflığının qorunması ilə bağlı belə bir internet resursun fəaliyyət göstərməsini təqdirə layiq hal hesab ediblər.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv