Son xəbərlər
10 İYUN
08 İYUN
07 İYUN
İQTİSADİYYAT

Gələn ildən subsidiyalar ancaq sertifikatlı toxum əkən fermerlərə veriləcək

<b>Gələn ildən subsidiyalar ancaq sertifikatlı toxum əkən fermerlərə veriləcək </b>

Taxılçılıqla bağlı subsidiyalar gələn ildən ancaq sertifikatlı toxum əkən fermerlərə veriləcək

Bunu Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.
Onun sözlərinə görə, nazirlik subsidiya qaydalarında dəyişiklik edəcək:
"Qaydalar təsdiq edildikdən sonra gələn ildən etibarən ancaq sertifikatlı toxum əkən fermerlərə subsidiya veriləcək. Məsələ ilə bağlı artıq maarifləndirmə işləri aparılır. Ötən il Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Toxum Fondunun xətti ilə ölkəyə gətirilən super elit "Krasnodar 99" toxum növündən yüksək məhsuldarlıq əldə edilib. Dəmyə torpaqlarından belə, yüksək məhsuldarlıq götürülüb."
V.Hüseynov onu da əlavə edib ki, nazirliyin qarşısında duran əsas vəzifə həm orta, həm də ümumi məhsuldarlığı artırmaqdır.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv