Son xəbərlər
10 İYUN
08 İYUN
07 İYUN
SOSİAL

Şamaxıda dindarlar üçün iftar süfrəsi açılıb

<b>Şamaxıda dindarlar üçün iftar süfrəsi açılıb</b>

İyunun 26-da Şamaxının millət vəkili Elxan Süleymanovun iştirakı və dəstəyi ilə Şamaxı şəhərində dindarlar üçün iftar süfrəsi açılıb

Qeyd edək ki, ənənəyə uyğun olaraq artıq doqquzuncu ildir ki, millət vəkili Elxan Süleymanovun adından Şamaxı şəhərində və rayonun kəndlərində iftar süfrələri açılır. Şamaxı şəhərindəki Cümə məscidində açılan bu dəfəki iftar süfrəsində rayon icra başçısı Tahir Məmmədov, idarə və təşkilat rəhbərləri, Şamaxı rayonunun dindarları olmaqla 250 nəfər iştirak edib. İftardan öncə Ramazan ayının əhəmiyyəti ilə bağlı söhbətlər olub, torpaqlarımız uğrunda şəhid olanlara Allahdan rəhmət dilənib, ruhlarına dualar oxunub.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv