Son xəbərlər
10 İYUN
08 İYUN
07 İYUN
SOSİAL

AFFA: Avroliqanın final oyunu üçün 52 mindən artıq bilet sahibinə çatdırılıb

<b>AFFA: Avroliqanın final oyunu üçün 52 mindən artıq bilet sahibinə çatdırılıb</b>

UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar paytaxtın 4 nöqtəsində bilet satışı davam etdirilir

Bu barədə Trend-ə açıqlamasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İnformasiya və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Firuz Abdulla deyib.
Onun sözlərinə görə, satış nöqtələri şəhərin müxtəlif istiqamətlərində fəaliyyət göstərir: "Biletlər "28 Mall", "Port Baku" və "Gənclik Mall" ticarət mərkəzləri və Heydər Əliyev Sarayının kassalarında satılır. Artıq bu günə olan məlumata görə, final oyununa 52 mindən artıq bilet satılıb. Yəni 52 mindən artıq bilet sahibinə təqdim edilib. Onların arasında UEFA-nın sponsorları, əməkdaşlıq etdiyi təşkilatlar var ki, biletlər sahiblərinə çatdırılıb".
F.Abdulla bildirib ki, final oyununa nə qədər azarkeş və turistin bilet aldığı məlum deyil: "Bilet satışının ümumi statistikası aparılır. Amma nə qədər biletin turistə və yerli azarkeşlərə satıldığı məlum deyil".
Xatırladaq ki, mayın 29-da Bakı vaxtı ilə saat 23:00-da Bakı Olimpiya Stadionunda URFA Avropa Liqasının final oyunu keçiriləcək. Finalda "Çelsi" ilə "Arsenal komandaları qarşılaşacaq.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv