Son xəbərlər
10 İYUN
08 İYUN
07 İYUN
İDMAN

Velosipedçilərimiz Tokio-2020 Yay Olimpiya Oyunlarına 6 lisenziya qazanıb

<b>Velosipedçilərimiz Tokio-2020 Yay Olimpiya Oyunlarına 6 lisenziya qazanıb</b>

Ukraynanın paytaxtı Kiyevdə Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı “Horizon Park Classic” yarışı keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyasından verilən məlumata görə, birgünlük veloturda Azərbaycanın Elit yığmasının 2 üzvü - Ukraynanın və Belarusun “Lviv” və “Minsk” kontinental klublarının velosipedçiləri Elçin Əsədov və Samir Cəbrayılov da mübarizə aparıb.

Təmsilçilərimiz 112 km məsafəni 2 saat, 37 dəqiqə, 23 saniyəyə qət etməklə müvafiq olaraq 8-ci və 10-cu nəticə göstəriblər.
Bununla da həm Elçin, həm də Samir ölkəmizin reytinqinə Tokio-2020 Yay Olimpiya Oyunları üçün hərəyə 3 lisenziya xalı qazandırıblar.
Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu ilin oktyabr ayının 22-dək davam edəcək.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv