Son xəbərlər
10 İYUN
08 İYUN
07 İYUN
SOSİAL

AZƏRBAYCANLI ALİMLƏR ANKARA BEYNƏLXALQ ELMİ SİMPOZİUMUNDA

<b>AZƏRBAYCANLI ALİMLƏR ANKARA BEYNƏLXALQ ELMİ SİMPOZİUMUNDA</b>

2019-cu il may ayının 15-18-də Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində Hacettepe Universitetinin və Anıtqəbir Dərnəyinin təşkilatçılığı ilə Mustafa Kamal Atatürk tərəfindən türk istiqlal mübarizəsinin başlanmasının 100 illiyinə həsr olunan “19 Mayıs’ın 100. Yıldönümünde Atatürk ve türk istiklalı” adlı Beynəlxalq Simpozium keçirilib. Simpozium nəinki Ankarada, eləcə də Türkiyədə son illərdə keçirilən ən böyük tədbirlərindən və ən mühüm hadisələrindən biri olub, Ankaranın və Türkiyənin elmi-ədəbi və mədəni-siyasi həyatında mühüm rol oynadı. Konfrans 4 gün ərzində –15-18 noyabr tarixlərində Hacettepe Universiteti-nin iclas salonlarında baş tutdu.
Beynəlxalq Simpozium, ilk növbədə, öz beynəlxalq əzəməti baxımından fərqlənirdi. Belə ki Simpozyumda Türkiyənin müxtəlif universitetlərindən və elmi tədqiqat mərkəzlərindən eləcə də Azərbaycan, Almaniya, Macarıstan, Ukrayna, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan gəlmiş alim və tədqiqatçılar iştirak edirdilər.
Görkəmli elm adamlarının və tədqiqatçıların qatıldığı bu simpozium 4 gün davam etdi. Simpoziumda 100-ə yaxın məruzə dinlənildi. Simpoziuma Azərbaycandan gələn nümayəndə heyəti 5 nəfərdən ibarət idi. Onlardan 1 nəfər-AMEA Rəyasət Heyəti aparatının Elmi tədqiqatların koordinasiyası şöbəsinin müdir müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Vüsal Zülfüqarov, 2 nəfər-Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun alimləri: AMEA Folklor İnstitutunun “Müasir folklor” şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Orucov, institutun “Dədə Qorqud” şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Nailə Əsgər, 2 nəfər isə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları- filologiya elmləri doktoru Salidə Şərifova və filologiya üzrə fəlsəfə doktoru Könül Hacıyeva idi.
“19 Mayıs’ın 100. Yıldönümünde Atatürk ve türk istiklalı” Beynəlxalq Simpozium öz işinə may ayının 16-da Hacettepe Universitetinin Böyük ic¬las salonunda Açılış törəni ilə başladı. Simpozium Açılış iclasından sonra öz iclaslarını Hacettepe Universitetinin 3 iclas salonunda gerçəkləşdirmişdir.
Simpoziumda Türiyənin və digər xarici ölkələrin tanınmış elm adamları ilə yanaşı, Azərbaycanı təmsil edən alim və tədqiqatçılar da məzmunlu məruzələrlə çıxış etdilər. İclaslarda AMEA Rəyasət Heyəti aparatının Elmi tədqiqatların koordinasiyası şöbəsinin müdir müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Vüsal Zülfüqarovun “XX əsrin əvvəllərində Türkiyə ilə Azərbaycan arasında elm, təhsil və mədəniyyət əlaqələri haqqında”, AMEA Folklor İnstitutunun “Müasir folklor” şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Orucovun “İki böyük türk lideri, dövlət adamı, xalq öndəri: Mustafa Kamal Atatürk və Məmməd Əmin Rəsulzadə”, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə elmləri doktoru Salidə Şərifovanın “Azərbaycan ədəbiyyatında türk əsgəri obrazına baxış”, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Könül Hacıyeva “Əli Səbrinin Trabzon məktublarında Birinci Dünya müharibəsindən sonra Anadoluda ictimai vəziyyətlə bağlı dəyərləndirmələr” və Folklor İnstitutunun “Dədə Qorqud” şöbəsinin böyük elmi işçisi Nailə Əsgərin “93 müharibəsindən sonra ruslara buraxılmış torpaqlarda dövlət siyasəti və xalq aşıqları” mövzularında etdikləri məruzələri maraqla qarşılanıb.
May ayının 17-də Hacettepe Universitetinin Böyük iclas salonunda Simpoziumun bağlanış iclası keçirildi. Bağlanış iclasında bu Beynəlxalq tədbirin işi yüksək dəyərləndirildi. Bağlanış iclasından sonra“19 Mayıs’ın 100. Yıldönümünde Atatürk ve türk istiklalı” Beynəlxalq Simpoziumunun proqramı çərçivəsində simpozium iştirakçılarının Anıtqəbir, Türkiyə Böyük Millət Məclisinin tarixi binalarına, Anadolu mədəniyyət muzeylərinə və Ankaranın digər görməli yerlərinə ziyarətləri təşkil olundu. May ayının 19-da Simpozium iştirakçıları öz vətənlərinə yola salındılar.
Tahir Orucov
Filologiya üzrə fəlsəfə doktoru, dosent,
AMEA Folklor İnstitutunun
aparıcı elmi işçisi
[email protected]









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv