Son xəbərlər
10 İYUN
08 İYUN
07 İYUN
İQTİSADİYYAT

“Azərenerji” birbaşa Şirvan şəhərindən çəkilən yüksək gərginlikli xətti istismara verdi

<b>“Azərenerji” birbaşa Şirvan şəhərindən çəkilən yüksək gərginlikli xətti istismara verdi</b>

“Azərenerji” ASC Bakı şəhərinin elektrik enerji təchizatının etibarlığı və dayanıqlığını gücləndirmək üçün Şirvan şəhərindəki “Cənub” Elektrik Stansiyasından “Xırdalan” yarımstansiyasına 330 kV-luq bazada çəkdiyi 220 kV-luq yüksək gərginlikli elektrik verilişi xəttində işləri yekunlaşdırıb və xətt istismara verilib.
ASC-dən verilən məlumata görə, yeni xəttin çəkilməsi paytaxta birbaşa generasiya mənbəyindən əlavə xəttin gətirilməsini təmin edərək etibarlığı daha da artırıb.
Belə ki, indi Mingəçevir və ya Səngəçaldakı elektrik stansiyalarından qidalanaraq şəhərə daxil olan yüksək gərginlikli xətlərdə hansısa problem yaranarsa, Şirvan şəhərindəki “Cənub” Elektrik
Stansiyasından birbaşa çəkilən yeni xətt Bakı və Abşeron yarmadasının enerji təchizatında xüsusi rol oynayacaq. Bundan əlavə yeni xətt istismara verildiyinə görə şəhərə daxil olan digər yüksəkgərginlikli xətləri açmaq və yükü digər xəttin üzərinə keçirməklə şəhərə verilən enerjini dayandırmadan onların üzərində təmir-bərpa işləri aparmaq mümkün olacaq.
Qeyd edək ki, 2 dövrəli olmaqla 108 km məsafədə, 330 kV-luq dayaqlarla çəkilən 220 kV-luq “Cənub-Xırdalan” hava xətti gələcəkdə 330 kV-luq gərginlik sinfinə keçiriləcək.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv