Son xəbərlər
10 İYUN
08 İYUN
07 İYUN
SOSİAL

Azərbaycanda rayon məhkəmələrinin baxdığı işlərin dairəsi genişləndirilir

<b>Azərbaycanda rayon məhkəmələrinin baxdığı işlərin dairəsi genişləndirilir</b>

Azərbaycanda rayon (şəhər) məhkəmələrinin inzibati xətalar haqqında baxdığı işlərin dairəsi genişləndirilir.

Trend-in məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilir.
Bu dəyişikliklə bələdiyyələrlə bağlı məsuliyyətin müəyyən edilməsi yerli məhkəmələrin səlahiyyətinə daxil edilir.
Məcəllənin hazırda mövcud olan variantına əsasən, çoxmənzilli binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən Mənzil Məcəlləsi ilə müəyyən olunmuş qaydada tədbirlərin görülməməsinə görə cərimə tətbiq edilir. Bunun üçün vəzifəli şəxslər 300 manatdan 500 manatadək cərimələnirlər.
Təklif edilən dəyişikliyə görə isə bələdiyyənin həmin tədbirlərin görülməməsinə görə inzibati məsuliyyətinin müəyyən edilməsi rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv