Son xəbərlər
10 İYUN
08 İYUN
07 İYUN
İQTİSADİYYAT

Bu ilin ötən dövründə artıq 600-dək əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb olunub

<b>Bu ilin ötən dövründə artıq 600-dək əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb olunub</b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən özünüməşğulluq proqramına cəlb edilənlər arasında digər həssas qruplarla yanaşı, əlilliyi olan şəxslərə də üstünlük verilir

Nazirlikdən verilən məlumata görə, cari ilin ötən dövründə artıq 600-dək əlilliyi olan şəxs proqram çərçivəsində təlimlərə cəlb edilib.
Təlimləri uğurla başa vuran və qiymətləndirmə zamanı biznes-planları müsbət dəyərləndirilən şəxslərin, o cümlədən əlilliyi olan insanların seçdikləri iqtisadi fəaliyyət növləri üzrə aktivlərlə (mal və materiallarla) təminatı həyata keçiriləcək. Bu da onların kiçik ailə təsərrüfatlarını qurmalarına imkan verəcək.
Hazırda işsiz və işaxataran vətəndaşların özünüməşğulluq proqramına cəlb edilməsi işləri davam etdirilir. Cari ildə 10 minədək şəxsin proqramda iştirakının təmin edilməsi nəzərdə tutulub.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv