Son xəbərlər
10 İYUN
08 İYUN
07 İYUN
SOSİAL

Bu il kollec məzunlarının ali məktəbə qəbul şansı çox olacaq

<b>Bu il kollec məzunlarının ali məktəbə qəbul şansı çox olacaq</b>

Bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev deyib.Onun sözlərinə görə, qəbul planının artması məzunlar üçün bu imkanı artırıb

Y.Piriyev bildirib ki, 2019-2020-ci tədris ili üçün ali məktəblərə qəbul planı Nazirlər Kabineti tərəfindən təsdiqlənib. Ötən ilə nisbətən bu il ali təhsil müəssisələrinə qəbul planında 6,4 % artım var. Ötən il 45 599 nəfərlik plan yeri ayrılmışdısa, bu il qəbul planında 48 506 nəfərlik yer ayrılıb:
"Adətən qəbul planının dolma göstəricisi 90 % olur və 4-5 min plan yeri boş qalır. Nəzərə alaq ki, ötən ilə nisbətən bu il orta məktəbi bitirənlərin sayı da 7-8 min azdır. Bu da kollec məzunlarının ali məktəbə qəbul olmaq şansını artırır".
Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat və insan resursları şöbəsinin müdiri Nərminə Bayramova isə bildirib ki, kollec məzunları ali məktəblərə minimal 200-250 balla qəbul ola biləcəklər:
"Hər il müsabiqə zamanı ixtisas üzrə bal şərti 200-250 bal arası olur. Bu məsələdə də həmin şərt nəzərə alınacaq. I qrupda abituriyentin müsabiqəyə buraxılması üçün hansı bal nəzərdə tutulubsa, onu da nəzərə alacağıq. Hesab edəcəyik ki, həmin adam minimal balı toplayıb və bu balla da ali məktəbə qəbul müsabiqəsində iştirak edəcək".









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv