Son xəbərlər
26 MAY
25 MAY
24 MAY
23 MAY
İQTİSADİYYAT

Azərbaycanın sosial layihələrinə Avropadan yüksək qiymət

<b>Azərbaycanın sosial layihələrinə Avropadan yüksək qiymət </b>

~Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) tərəfindən Təşkilatın əhatə etdiyi ölkələrin (regionlar üzrə) sosial təminat sahəsində həyata keçirdikləri layihələrin qiymətləndirilməsi məqsədi ilə hər üç ildən bir “Yaxşı Təcrübə” müsabiqəsi keçirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Bakı şəhərində keçirilən Avropa Regional Sosial Təminat Forumu çərçivəsində təşkil olunan qala gecəsində Avropa regionu üzrə növbəti müsabiqənin nəticələri açıqlanıb.
20 ölkədən təqdim edilmiş 76 sosial layihəni əhatə edən müsabiqənin yekunlarına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müsabiqə üçün təqdim etdiyi dörd layihənin hər biri münsiflərin xüsusi rəyi ilə uğurlu təcrübə nümunələri kimi müsbət dəyərləndirilərək, xüsusi mükafatlara layiq görülüb.
Bunlar ünvanlı dövlət sosial yardımı üzrə elektron sistem (VEMTAS), əlilliyin qiymətləndirilməsi üzrə elektron sistem (TSERAS), özünüməşğulluq proqramı və qeyri-rəsmi məşğulluğun qarşısının alınması layihələridir.
Uğur qazanmış layihələrin hər biri üzrə sertifikatlar təqdim edilib.
Tədbirdə bu layihələrin əhəmiyyətindən bəhs olunub. VEMTAS və TSERAS-ın sosial yardım və əlilliyinin qiymətləndirilməsi sistemlərində ünvanlılıq və şəffaflığın təminatında, müasir iş prinsiplərinin formalaşmasında rolu qeyd edilib. Azərbaycanda icra olunan özünüməşğulluq proqramının həssas qruplarla bağlı passiv sosial müdafiə tədbirlərindən aktiv tədbirlərə keçidin təmin olunmasında, həmin qrupların işsizlikdən kiçik ailə biznesinə çıxışına imkan verdiyi vurğulanıb. Proqramın mühüm sosial-iqtisadi faydalarından bəhs olunub. Habelə Azərbaycanda qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində ardıcıl şəkildə həyata keçirilən kompleks təsirli tədbirlərin önəmi və müsbət nəticələri qeyd olunub.