Son xəbərlər
26 MAY
25 MAY
24 MAY
23 MAY
HADİSƏ

Bu yolda DİQQƏT! Təmir və rənglənmə var

<b>Bu yolda DİQQƏT! Təmir və rənglənmə var</b>

Bu gün və sabah Bakı Dairəvi-1 avtomobil yolunda və ətraf ərazilərdə nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq

Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bundan başqa, axşam saatlarına kimi Bakı şəhəri, Heydər Əliyev adına Beynəlxalq Hava Limanının yol qovşağından Mərdəkan yol qovşağına kimi yolun hər iki istiqamətində, axşam saat 22:00-dan səhər saatlarınadək isə Ceyhun bey Hacıbəyli küçəsi və Atatürk prospektinin kəsişməsində yerləşən yeraltı avtomobil tunellərində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
Bu üzdən sürücülərdən göstərilən saatlarda sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.