Son xəbərlər
26 MAY
25 MAY
24 MAY
23 MAY
SİYASƏT

Orduxan Teymurxanlılar tarixdə yalnız xəyanətkar, satqın kimi qalacaqlar

<font color=red><b>Orduxan Teymurxanlılar  tarixdə yalnız xəyanətkar, satqın kimi qalacaqlar</b></font>

Mayın 13-də Brüsseldə 3-4 nəfər anti-milli ünsürün aksiya keçirmək cəhdi onların Azərbaycan dövlətinə, millətinə və xalqına düşmən münasibətini əyani şəkildə nümayiş etdirdi

Azərbaycan dövlətinin və xalqının əleyhinə fəaliyyət göstərən Orduxan Teymurxan başına bir neçə xaini toplayaraq sözün əsl mənasında klounluq nümayiş etdirib. Bu davranış təkcə Azərbaycan dövlətinə deyil, bütün dünya azərbaycanlılarına təhqirdir. Təbii ki, Orduxan kimilər Avropada azdırlar və onların belə çirkin kampaniya aparmalarının Azərbaycan kimi güclü dövlətin xalqın maraqlarına istiqamətlənən siyasətinə hec bir təsiri olmayacaq. Ancaq Azərbaycanda doğulub, böyüyən, xalqımızın çörəyini yeyib, xaricə qaçdıqdan sonra belə iyrənc hərəkətlər etmək azərbaycanlıya yaraşmayan bir tərzdir. Bunu ancaq ermənilər və ermənipərəst qüvvələr edə bilərlər ki, Orduxan Teymurxan kimi satqınlar buna nümunədir. Belə ünsürləri dilləndirən vasitələrdən biri də Avropada tarixən kök salan erməni lobbisidir. Orduxan Teymurxan kimilər Avropaya sığındıqdan sonra erməni lobbisinin ssenarisi üzrə Azərbaycana qarşı çirkin kampaniya aparıblar. İnsanlıq, şərəf və ləyaqətlərini erməninin puluna satan Orduxan Teymurxan kimi bir neçə ünsür “X” gününün yetişəcəyini gözləyirlər. Eyni zamanda belə çirkin planlarını həyata keçirməklə özlərinə Avropada firavan yaşam tərzi qurublar. Onlar Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsindən, dövlətimizin uğurlarından qıcıqlanan və narahat olan ermənilərin sifarişlərini yerinə yetirməklə özlərini sözün əsl mənasında milli xəyanətin zirvəsinə yüksəltdilər. Azərbaycanın gündəngünə güclənməsi, inkişaf etməsi, Dağlıq Qarabağla bağlı qətiyyətli mövqeyi, əhalinin yaşam tərzinin yüksəlməsi... ermənilrələ yanaşı , pula satılan Orduxan Teymurxanlıların narahatlığına səbəb olub. Damarında azərbaycanlı qanı axan hər kəs vətəninə, torpağına, bayrağına hörmət etməlidir. Orduxan Teymurxan kimi ünsürlərin damarında o qan çıxdan axıdılıb, indi o damarlarda erməni qanı işləyir. Erməni xislətli azərbaycanlılar Azərbaycanı sevən bütün dünya azərbaycanlılarına xəyanət etmiş olurlar. Onlar da tarixə düşəcəklər, ancaq xəyanətkar, satqın kimi.