Son xəbərlər
26 MAY
25 MAY
24 MAY
23 MAY
İQTİSADİYYAT

Azərbaycan Dəmir Yolları İspaniya şirkəti ilə 10 milyonluq müqavilə imzalayıb

<b>Azərbaycan Dəmir Yolları İspaniya şirkəti ilə 10 milyonluq müqavilə imzalayıb</b>

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Texniki Nəzarət üzrə Məsləhət Xidmətlərinin satınalınması ilə bağlı İspaniya şirkəti ilə müqavilə imzalayıb

Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, QSC tərəfindən Bakı-Böyük Kəsik dəhlizi boyunca yeni enerji təchizat sisteminə keçid, işarəvermə sisteminin yenilənməsi və elektrik lokomotivlərinin alınmasına Texniki Nəzarət üzrə Məsləhət Xidmətlərinin satınalınması ilə bağlı İspaniyanın "JV TPF Getinsa Euroestudios - Auxitec Tecnica Y Control" müqavilə imzalayıb.
Satınalma müqaviləsinin məbləği 8 milyon 260 min 743 avro və 2 milyon 360 min dollardır (ƏDV daxil).