Son xəbərlər
26 MAY
25 MAY
24 MAY
23 MAY
HADİSƏ

Bakıda hüquqşünasların beynəlxalq konfransı keçirilib

<b>Bakıda hüquqşünasların beynəlxalq konfransı keçirilib</b>

Bu gün Qara dəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının təşkilatçılığı ilə “Məhkəmə - hüquq islahatları: Ədalət mühakiməsinin həyata keçirilməsində informasiya texnologiyalarının rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.
Assosiasiyanın prezidenti, hüquq elmləri doktoru, professor İlham Rəhimov çıxış edib. O tədbirin mahiyyətindən danışıb.
Daha sonra hüquq elmləri doktoru Xanlar Ələkbərov çıxış edib. X.Ələkbərov ədalət mühakiməsinin elektron tərəzisi barədə məlumat verib.
Bildirib ki, bu elektron hüquq tərəzisindən hər bir hakim rahat şəkildə istifadə edə biləcək.
Konfransda Azərbaycanın dövlət qurumlarının təmsilçiləri, millət vəkilləri respublikanın tanınmış hüquqşünasları, eləcə də MDB, Türkiyə və Avropanın nüfuzlu hüquqşünasları iştirak ediblər.