Son xəbərlər
26 MAY
25 MAY
24 MAY
23 MAY
SOSİAL

“İnsan hüquqları komitəsi: nəzəri və praktiki problemlər“ adlı dərs vəsaiti nəşr olunub

<b>“İnsan hüquqları komitəsi: nəzəri və praktiki problemlər“ adlı dərs vəsaiti nəşr olunub</b>

Bakı Dövlət Universitetinin hüquq fakültəsinin müəllimi, hüquq elmləri üzrə fəlsəfə doktoru Səftər Rəhimlinin müəllifi olduğu "İnsan hüquqları komitəsi: nəzəri və praktiki problemlər" adlı dərs vəsaiti “Bakı Universiteti Nəşriyyatı” tərəfindən nəşr olunub

Musavat.com-un verdiyi məlumata görə, dərs vəsaitində Birləşmiş Millətlər Təşkilatının sisteminə aid qurumlardan olan İnsan Hüquqları Komitəsinin fəaliyyəti tədqiq edilir. Azərbaycan Respublikası ilə Komitə arasında konstruktiv əməkdaşlığın istiqamətləri göstərilir.
Dərslikdə mülki və siyasi hüquqlar üzrə beynəlxalq Pakt, onun fakültativ protokolları və müvafiq prosedur qaydalar sistemli formada təhlil edilir. Beynəlxalq müqavilə mexanizmi kimi Komitənin fəaliyyətinin səmərəliliyini təmin edəcək beynəlxalq hüquqi vasitələr araşdırılır, insan hüquqlarının beynəlxalq müdafiəsi sistemində onun hüquqi təbiəti, mülki (şəxsi) və siyasi hüquqlar üzrə dövlətlərin beynəlxalq hüquqi öhdəliklərinin xarakteri, şəxsi və siyasi hüquqlar sferasında, beynəlxalq hüquq normalarının dövlətdaxili hüquqi implementasiyasında Komitənin rolu tədqiq olunur.
Onun şərhlərinin daxili qanunvericilik üçün, insan hüquqları üzrə norma yaradıcılığında, təfsir və hüquq tətbiqetmədəki əhəmiyyəti təhlil edilir. Azərbaycan Respublikasının dövri hesabatlarının Komitə tərəfindən qiymətləndirilməsi, mövcud problemlər və onların həlli üçün verilən tövsiyələr şərh olunur. Xüsusi olaraq Komitənin fərdi şikayət proseduru geniş formada araşdırılır və Azərbaycan Respublikası qanunvericiliyində ayrı-ayrı şəxslərin İnsan Hüquqları Komitəsinə müraciət qaydasının təkmilləşdirilməsi üzrə təkliflər verilir.