Son xəbərlər
25 MAY
24 MAY
23 MAY
SİYASƏT

Deputat Böyük Vətən müharibəsi veteranları ilə görüşüb

<b>Deputat Böyük Vətən müharibəsi veteranları ilə görüşüb</b>

Şamaxının millət vəkili Elxan Süleymanov mayın 7-də Şamaxıda Böyük Vətən müharibəsi veteranları ilə görüşüb

Görüşdə rayon Veteranlar Şurasının sədri Ağarza Bayramov, II Dünya müharibəsi iştirakçılarından Mirağa Əhlimanov, Dədəxan Niftalıyev, Cümşüd İbrahimov, Əlfalı Əsədov iştirak ediblər. Millət vəkili faşizm üzərində qələbə qazanılmasında müstəsna xidmətləri olmuş insanları təbrik edib.
Bu son ilər ərzində şamaxılı Böyük Vətən müharibəsi veteranları ilə Elxan Süleymanovun 9-cu görüşü olub.
Qeyd edək ki, Böyük Vətən müharibəsi illərində şamaxılılar cəbhəyə 12 549 nəfər əsgər yola salıblar. Müharibəyə gedən şamaxılılardan 1286 nəfəri qəhrəmancasına həlak olub, 4997 nəfər isə itkin düşüb. Hazırda Şamaxıda Böyük Vətən müharibəsinın 4 veteranı yaşayır.