Son xəbərlər
25 MAY
24 MAY
23 MAY
HADİSƏ

I və IV ixtisas qrupları üzrə qəbul imtahanının VAXTI açıqlandı

<b>I və IV ixtisas qrupları üzrə qəbul imtahanının VAXTI açıqlandı</b>

Mayın 12-də I və IV ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanında iştirak edəcək abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, abituriyentin imtahana buraxılış vərəqəsini çap etmək üçün http://eservices.dim.gov.az/brxvbak/ linkinə daxil olmaq lazımdır.
Qeyd edək ki, abituriyent imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Şəxsiyyət vəsiqəsində şəkli olmayan abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı da (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) təqdim etməlidirlər.
Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda, abituriyent imtahana buraxılmır.