Son xəbərlər
25 MAY
24 MAY
23 MAY
HADİSƏ

Nazirlik rəsmisi: Vergi Ombudsmanı institutu vergiödəyicilərinin hüquqlarını müdafiə edəcək

<b>Nazirlik rəsmisi: Vergi Ombudsmanı institutu vergiödəyicilərinin hüquqlarını müdafiə edəcək</b>

Vergiödəyicilərinin hüquqlarının daha etibarlı qorunmasını təmin etmək məqsədilə vergilər nazirinin əmri ilə Vergilər Nazirliyində Vergi Ombudsmanı institutu yaradılıb

AZƏRTAC xəbər verir ki, bu barədə mayın 3-də Vergilər Nazirliyində keçirilən brifinqdə vergilər nazirinin müşaviri Elçin Məmmədov deyib.
O bildirib ki, institut vergiödəyicilərinin müraciətlərinin məhkəmə müstəvisinə çıxmadan çevik həllinə nail olacaq, vergi orqanları ilə münasibətlərin qarşılıqlı əməkdaşlıq formasında tənzimlənməsinə köməklik göstərəcək.
Qeyd olunub ki, vergilər nazirinin əmri ilə nazirin müşaviri Elçin Məmmədov Vergi Ombudsmanı təyin edilib.