Son xəbərlər
10 İYUN
08 İYUN
07 İYUN
MEDİA

Azərbaycan Ümumdünya Mətbuat Azadlığı Gününü qeyd edir

<b>Azərbaycan Ümumdünya Mətbuat Azadlığı Gününü qeyd edir</b>

3 may 2019-cu il tarixdə Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə 3 may Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş “Mətbuat azadlığı: bəşəri mahiyyət və Azərbaycan reallıqları” mövzusunda konfrans keçiriləcək.
Mətbuat Şurasından verilən məlumata görə, tədbir saat 10.00-da Beynəlxalq Mətbuat Mərkəzində işinə başlayacaq.
Toplantıda Azərbaycanda və dünyada söz və ifadə azadlığı sahəsindəki vəziyyət, bu müstəvidə nəzərəçarpan meyllər müzakirə olunacaq, 3 may Ümumdünya Mətbuat Azadlığı Gününün qeyd edilməsini zəruriləşdirən məqamlar barədə söhbət açılacaq. Konfransda kütləvi informasiya vasitələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri və dövlət rəsmiləri iştirak edəcəklər.
Bütün KİV təmsilçiləri konfransa dəvətlidirlər.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv