Son xəbərlər
25 MAY
24 MAY
23 MAY
HADİSƏ

Anadilim.az - dilimizin saflığının qorunması üçün yeni platforma

<font color=red><b>Anadilim.az - dilimizin saflığının qorunması üçün yeni platforma</b></font>

“Bakı Natiqlik Məktəbi” “İnternet informasiya resurslarında və sosial şəbəkələrdə Azərbaycan dilinin saflığının qorunması” adlı yeni layihəsinin icrasına başlayıb

“Bakı Natiqlik Məktəbi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İnternet informasiya resurslarında və sosial şəbəkələrdə Azərbaycan dilinin saflığının qorunması” adlı yeni layihənin icrasına başlayıb.
Layihə çərçivəsində www.anadilim.az saytı hazırlanacaq və saytın təqdimatı keçiriləcək. Təqdimatdan sonra sayt fəaliyyətə başlayacaq və saytda Azərbaycan dilinin fonetik (orfoepik, orfoqrafik), leksik və qrammatik normaları haqqında ətraflı məlumat veriləcək. Dilçi alimlərin müsahibələri və açıqlamaları, dilimizə daxil olan yeni sözlər və onların izahı barədə məlumatlar yayımlanacaq, Azərbaycan dili və ədəbiyyatı təbliğ olunacaq.
Layihədə Azərbaycan dilinin təbliği ilə bağlı 2 və hərəsi təxminən 3-5 dəqiqədən ibarət olan sosial videoçarxın hazırlanması, www.anadilim.az saytı, kütləvi informasiya vasitələrinin internet resursları və Youtube kanalı, facebook, twitter, eləcə də digər sosial şəbəkələrdəki səhifə və qruplar vasitəsi ilə yayımlanması da nəzərdə tutulub.