Son xəbərlər
26 MAY
25 MAY
24 MAY
23 MAY
SİYASƏT

“Dünya Azərbaycanlıları Milli Birliyə Doğru“ adlı forum keçiriləcək

<b>“Dünya Azərbaycanlıları Milli Birliyə Doğru“ adlı forum keçiriləcək </b>

Mərkəzi Almaniyada yerləşən Dünya Azərbaycanlıları Assambleyası və mərkəzi İsveçdə yerləşən Dünya Azərbaycanlıları Milli Birliyi Təşkilatı "Dünya Azərbaycanlıları Milli Birliyə Doğru" forumunun keçirilməsinə qərar verib

Bu barədə “məlumat verən Dünya Azərbaycanlıları Assambleyasının prezidenti Rəşad Quliyev deyib ki, forumun keçirilməs ilə bağlı qərar hər iki təşkilatın idarə heyyətində müzakirə edilib və bu fikir dəstəklənib: “Forumun keçiriləcək yerlər arasında müzakirə olunan ölkələr Avstriya, Almaniya, İsveçrə və Belçikadır. Bununla yanaşı təkliflər arasında digər ölkələr də var. Bu günlərdə yayınlanacaq geniş açıqlamada yer və tarixlə bağlı geniş məlumat veriləcək”. Rəşad Quliyev deyib ki, forumda müzakirə olunacaq məsələ dünyaya səpələnmiş soydaşlarımızın vahid qurum ətrafında təşkilatlandırılması, Azərbaycanın işğala və təcavüzə məruz qalması ilə bağlı beynəlxalq qurumları məlumatlandırmaq, bir çox ölkələrin təşkilat təmsilçiləri ilə münasibət quraraq dünyada sülhün təbliği istiqamətində iş aparmaq əsas mövzular sırasındadır. Forumda 30-a yaxın ölkədən 200-ə yaxın nümayəndə heyətinin qatılacağı gözlənilir.