Son xəbərlər
25 MAY
24 MAY
23 MAY
SİYASƏT

“ Məmurlar Prezidentin tənqidindən nəticə çıxartmalıdır”

<font color=red><b>“ Məmurlar Prezidentin tənqidindən nəticə çıxartmalıdır” </b></font>

"Prezident İlham İlham Əliyev müşavirədə yerli icra hakimiyyətlərinə, xüsusən məmurlara, bir sıra dövlət qurumlarına və o cümlədən də "Azəriqaz”ın rəhbərliyinə çox ciddi xəbərdarlıq etdi”

Bunu Baymedia.az açıqlamasında BAXCP sədrinin müavini, tanınmış QHT sədri Niyaməddin Orduxanlı deyib.
Partiya funksionerinin sözlərinə görə, ilk dəfə deyil ki, cənab Prezident dövlət qurumları ilə bağlı öz tənqidi çıxışını edir:
"Prezident hər zaman müşavirədə mövcud nöqsanların aradan qaldırılmasının önəmindən danışır. Prezidentin bütün dövlət qurumları ilə bağlı kifayət qədər məlumatı olur və ona bir neçə istiqamətdə məlumatlar çatdırılır. Bu səbəbdən dövlət başçısının sonuncu müşavirədə hansı qurumların fəaliyyətində çatışmazlıqların olduğunu və bunun qısa müddətdə aradan qaldırılması ilə bağlı göstəriş verdiyinin şahidi olduq. Biz də rayonlarda icra hakimiyyətlərinin fəaliyyəti ilə bağlı əhalinin narazılıq etdiyini görürük. Bəzən özümüz də rayonlara səfərlər edirik, yerli əhali ilə təmasda oluruq. Rayonlarda problemlərin hansı istiqamətdə olduğunu eşidirik. Heç bir məmur özünü əlahiddə ststus sahibi kimi aparmamalıdır”.
Niyaməddin Orduxanlı bildirib ki, məmurlara Prezident ona görə etimad göstərir ki, vətəndaşların problemlərini öyrənsinlər və bu problemin həlli istiqamətində fəaliyyət göstərsinlər:
"Daha gedib öz kreslolarında əyləşib əlini-əlini üstünə qoymamalıdır. İcra başçıları kəndlərdə, qəsəbələrdə səyyar görüşlər keçirməlidir. Əhalinin durumu ilə birbaşa maraqlanmalıdırlar. Bəzən bır sıra rayonların icra başcılarının yüksək fəaliyyətinin şahidi də oluruq. Özümün yaşadığım Abşeron rayonunu buna misal çəkə bilərəm. İradə Gülməmmədova tez-tez qəsəbə və kəndlərdə əhali ilə görüşlər keçirir. Başcının bir il ərzində Mehdiabad qəsbəsində 4 dəfə sakinlərlə görüşü olub. Bütün görüşlərdə şəxsən iştirak etmişəm. Verilən məlumata görə, bir il ərzində 10 000 sakinlə İradə Gülməmmədovanın görüşü baş tutub. Bütün icra başçıları sakinlərlə bu cür təmasda olmalıdır”.
N.Orduxanlının fikrincə, heç bir iş görmüyən icra başıçıları və dövlət qurumlarının yarıtmaz fəaliyyəti tənqid olunmalıdır:
"Dövlət qurumlarına məsul olan şəxslər və müvafiq qurumlar yalnız vətəndaşa xidmət göstərməlidir. Onların fəaliyyəti Prezidenti razı salmadığı üçün açıq şəkildə müşavirədə tənqid edilirlər. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, məmur vətəndaşın xidmətində olmalıdır! İcra hakimiyyətləri bu tənqiddən nəticə çıxartmalıdır. Bu günün tələblərinə cavab verməyən və tənqiddən nəticə çıxartmayan məmurlarla bağlı müəyyən ölçülərin götürüləcəyini bəyan edən Prezident İlham Əliyev bir daha göstərdi ki, onun fəaliyyətinin əsas istiqaməti vətəndaşa xidmət etməkdir”.