Son xəbərlər
25 MAY
24 MAY
23 MAY
HADİSƏ

AMEA-nın ümumi yığıncağı keçirilir

<b>AMEA-nın ümumi yığıncağı keçirilir</b>

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağı keçirilir

Trend-in məlumatına görə, yığıncaqdan əvvəl Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Administrasiyanın Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva və digər rəsmi şəxslər, ziyalılar elmi nailiyyətlər sərgisini ziyarət ediblər.
Yığıncaqda AMEA Rəyasət Heyətinin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat məruzəsi dinləniləcək, həmçinin ötən il akademiyada müxtəlif istiqamətlərdə görülən işlər və əldə olunan nailiyyətlər, həyata keçirilən layihələr haqqında məlumat veriləcək.
Bundan əlavə, 2019-cu ilin BMT-nin Baş Assambleyası tərəfindən "Beynəlxalq Kimyəvi Elementlərin Dövri Sistemi Cədvəli İli" elan olunması ilə əlaqədar tədbirdə D.İ.Mendeleyevin "Kimyəvi Elementlərin Dövri Qanunu"nun kəşfinin 150 illiyinə həsr olunan elmi sessiya və AMEA Kimya Elmləri Bölməsinin akademik-katibi vəzifəsinə seçki keçiriləcək.