Son xəbərlər
25 MAY
24 MAY
23 MAY
HADİSƏ

Azərbaycanda dövlət aqrar sahədə sığorta sisteminin tətbiqi üçün tədbirlər görəcək

<b>Azərbaycanda dövlət aqrar sahədə sığorta sisteminin tətbiqi üçün tədbirlər görəcək</b>

Azərbaycanda dövlət aqrar sahədə sığorta sisteminin tətbiqi üçün tədbirlər görəcək

Trend-in məlumatına görə, bu məsələ yeni hazırlanan “Aqrar sığorta haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, dövlət aqrar sığorta predmetlərini və aqrar sığorta risklərini müəyyən edir, aqrar sığorta sisteminin tətbiqinə nəzarət edir, eləcə də sistemin inkişafı üçün tədbirlər görəcək.
Aqrar sığortanın predmetlərinə kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları, kənd təsərrüfatı heyvanları, ev quşları, arı ailələri, kənd təsərrüfatı məqsədləri ilə yetişdirilən dovşanlar, su heyvanları, dəvə, lama və dəvə quşları daxildir.
Kənd təsərrüfatı məhsullarının istehsalçıları təbiət hadisələri, o cümlədən təbii fəlakətlər, yanğın, qəzalar, yoluxucu xəstəliklər və zəhərlənmələr, vəhşi heyvanların hücumu və xüsusi təhlükəli ziyanvericilərin yayılması, üçüncü şəxslərin hərəkətləri üzrə sığortalanırlar.
Aqrar sığorta haqqı aqrar sığortalı tərəfindən ödənilməli olan və dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissədən ibarət olacaq.
Aqrar sığorta orqanı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən yaradılır.