Son xəbərlər
25 MAY
24 MAY
23 MAY
SOSİAL

Formula-1 yarışının ilk günündə hava necə olacaq?

<b>Formula-1 yarışının ilk günündə hava necə olacaq?</b>

Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, günün birinci yarısında yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 9-12, gündüz 16-21 dərəcə isti təşkil edəcək.