Son xəbərlər
25 MAY
24 MAY
23 MAY
DÜNYA

Jan-Kristof Paskal: Əgər terrorçu “Allahu Əkbər“ deyərək kimisə öldürürsə, deməli, o, aranı qarışdırır, çaşqınlıq yaradır

<b>Jan-Kristof Paskal: Əgər terrorçu “Allahu Əkbər“ deyərək kimisə öldürürsə, deməli, o, aranı qarışdırır, çaşqınlıq yaradır</b>

Əgər terrorçu "Allahu Əkbər" deyərək kimisə öldürürsə, deməli, o, aranı qarışdırır, çaşqınlıq yaradır

Trend-in məlumatına görə, bunu Fransanın dini işlər üzrə məsləhətçisi Jan-Kristof Paskal Bakıda keçirilən "Dinlərarası dialoq və radikalizmlə mübarizə" mövzusunda II Beynəlxalq konfransda deyib.
O qeyd edib: "Biz dinlərarası dialoqdan danışırıq, lakin ziddiyyətli məsələləri müşahidə edirik. Yeni Zelandiyada və Şri-Lankada insanlar hücuma məruz qalırlar. Əgər dinlərarası dialoq belədirsə, deməli, biz çox mürəkkəb vəziyyətə gəlib çatmışıq. Təbii, dünyada elə bir ölkə yoxdur ki, bu cür hadisələrdən sığortalansın".
J.Paskalın fikrincə, zorakılıqla din arasında fərq qoyulmalıdır. Dinlər bu məsələdə günahsızdır: "Əgər terrorçu "Allahu Əkbər" deyərək kimisə öldürürsə, deməli, o, aranı qarışdırır, çaşqınlıq yaradır. Biz elə etməliyik ki, gənclər dinin bundan ibarət olduğunu düşünməsin. Biz yollar axtarmalıyıq. Bizim cəmiyyətlərimiz plüralist cəmiyyətlərdir, müxtəlif etnik mənsubiyyətlərdən ibarətdir. Biz bu fərqləri problem kimi yox, zənginliyin nümunəsi kimi görməliyik".