Son xəbərlər
25 MAY
24 MAY
23 MAY
HADİSƏ

İçərişəhərdə təmir və bərpa işləri davam edir – FOTO

<b>İçərişəhərdə təmir və bərpa işləri davam edir – FOTO</b>

Bakucity.az xəbər verir ki, aprelin 24-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi media turu təşkil edib

Media-tur zamanı Bakı Fotoqrafiya Evində, İçərişəhər Qoşa qala qapısı ətrafında orta əsrlərdə tikilən köhnə hamam və qala divarları ətrafında görülən işlərdən danışılıb.
Keçmişdən gələcəyə
Turun başlanğıc nöqtəsi bu il ilk dəfə fevralın 14-də qonaqlara qapılarını açan Bakı Fotoqrafiya Evi olub.
Hazırda qonaqlar iki fotoqrafın - Sanan Ələsgərovun və Bəhruz Hüseynzadənin ekspozisiyası ilə tanış ola bilərlər. S. Ələsgərovun sözlərinə görə, bu sərginin məqsədi qədim şəhərin görünüşünün illər ərzində necə dəyişdiyini nümayiş etdirməkdir. Rəssam qalanın müasir dövrə aid fotoşəkillər seriyasını təqdim edir.
• Bunu da oxu: İçərişəhərdə istirahət etməli ən yaxşı restoranlar - SİYAHI
Digər fotoqraf B. Hüseynzadə isə XIX-XX əsrin əvvəllərində təsvirləri ilə tamaşaçıya qalanın keçmiş görünüşünü göstərir.
Beləliklə, Bakı qalasının transformasiyasını əks etdirən maraqlı bir zaman kontrastı yaranır.
Yeni muzey açıq havada yerləşir
Jurnalistlər XVII əsrə aid olan yeraltı hamamın konservasiyası ilə tanış olub. Burada işlər keçən ilin may ayında başlayıb. Qoruğun mətbuat xidmətindən verilən məlumata görə, mənfi hava şəraiti iş prosesini ləngitsə də, havaların isinməsi işləri sürətləndirəcək.
• Bunu da oxu: Bakıda hansı ərazilər söküləcək? - Baş planın 2-ci mərhələsi
Yeraltı hamamın konstruktiv cəhətlərinə görə ərazidə mövcud olan hamam komplekslərinə bənzər cəhətləri var. Hamam temperatur rejimini sabit saxlamaq üçün yer səthindən aşağıda inşa olunub. Onun birinci otağı çay və kofe içmək üçün nəzərdə tutulub.
Qeyd edək ki, bərpa olunan hamamın unikal strukturu qorunur. Heç bir müasir əlavə yoxdur. Yalnız köhnə pilləkənlər və qübbələr yenilənib. Əvəz edilmiş bütün daşlar da qədim dövrə uyğundur. Binanın içərisində saxlanılan tarixi elementləri orijinal formada görməyə imkan verəcək konservasiya işləri aparılır.
Təmir zamanı hamamdan tapılan ağac parçası bu memarlıq abidəsinin yaşını müəyyən etmək üçün Almaniyaya göndərilib.
Restavrasiya başa çatdıqdan sonar burada açıq hava muzeyi yaradılacaq və ziyarətçilər orta əsrlər aid abidənin gözəlliyini daha yaxından görəcəklər.
Divarların yeni həyatı
Jurnalistlər qala divarlarında aparılan təmir işləri ilə də tanış olub. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşı, tanınmış televiziya və radio aparıcısı Rahib Azəri qeyd edib ki, burada abidənin orijinal və unikal xarakterini qorumaq üçün diqqətli iş görülür:
"Bütün bu işlərin əsas məqsədi tarixi abidələrin qədimiliyini qorumaqdır. İşçilər əllərindən gələni edirlər ki, bura müasir bina divarlarına bənzəməsin. Hətta burada quraşdırılan tikinti konstruksiyaları divarlara toxunmur, məsafə həmişə qorunur. Bildiyiniz kimi, daha əvvəl divarlarla təmasda olan restoranlar var idi, buna görə bu binaların sökülməsi qərara alındı. Hazırda bu abidə üçün təhlükə yoxdur".
• Bunu da oxu: 2018-ci ildə Bakıda açılışı olan mühüm obyektlər - Top-10
Beləliklə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda iş tam sürətlə davam edir. Bu da o deməkdir ki, tezliklə paytaxtımızın unikal yerlərindən biri həm sakinlər, həm də qonaqlar üçün daha da maraqlı olacaq. Bizə isə “İçərişəhər”in yeni künclərini görmək imkanını səbirsizliklə gözləmək qalır.


photoslide_title photoslide_title photoslide_title photoslide_title photoslide_title