Son xəbərlər
25 MAY
24 MAY
23 MAY
SİYASƏT

Prezident İlham Əliyev: Azərbaycan Çinin böyük şirkətlərinin ölkəmizdə fəal iş görmələrində maraqlıdır

<b>Prezident İlham Əliyev: Azərbaycan Çinin böyük şirkətlərinin ölkəmizdə fəal iş görmələrində maraqlıdır </b>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Pekində “CETC International” Korporasiyasının baş direktoru Vu Mançin ilə görüşüb

Görüşdə Vu Mançin “CETC International” Korporasiyasının Çinin radioelektronika sahəsində ixtisaslı şirkətlərindən olduğunu deyərək, bu sahədə uzun illərdir uğurla fəaliyyət göstərdiklərini bildirdi. O, bu sahədə Azərbaycan ilə əməkdaşlıq qurduqlarını və bundan məmnun qaldıqlarını vurğuladı, əlaqələrin inkişaf etdiyini bildirdi.
Ölkələrimiz arasında dostluq əlaqələrinin mövcud olduğunu deyən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Çinin böyük şirkətlərinin ölkəmizdə fəal iş görmələrində maraqlıdır. Dövlətimizin başçısı artıq Çinin bir çox şirkətlərinin timsalında yaxşı tərəfdaşlığın yarandığını bildirdi və Azərbaycanda xarici şirkətlər üçün geniş fəaliyyət sahəsinin olduğunu qeyd etdi.