Son xəbərlər
25 MAY
24 MAY
23 MAY
MƏDƏNİYYƏT

Prezident İlham Əliyev Azərbaycanla YUNESKO arasında imzalanmış Sazişi təsdiq edib

<b>Prezident İlham Əliyev Azərbaycanla YUNESKO arasında imzalanmış Sazişi təsdiq edib</b>

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı (YUNESKO) arasında Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası ilə bağlı Sazişin təsdiq edilməsi haqqında fərman imzalayıb

Saziş 2019-cu il martın 27-də Paris şəhərində imzalanıb.
Bu fərmanda göstərilən Saziş qüvvəyə mindikdən sonra Mədəniyyət Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.
Xarici İşlər Nazirliyinə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə YUNESKO-ya bildiriş göndərmək tapşırılıb.