Son xəbərlər
25 MAY
24 MAY
23 MAY
HADİSƏ

Partiya sədri Çernobıl əlili ilə bağlı merə müraciət edib

<b>Partiya sədri Çernobıl əlili ilə bağlı merə müraciət edib </b>

2 qrup Çernobıl əlili Əhmədov Tofiq Camal oğlu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevə müraciət edib

Müraciətdə Suraxanı rayon İcra Hakimiyyətinin Başçısının 422 №-li, 04 aprel 1997-ci ildə verdiyi sərəncamına əsasən, ona Yeni Günəşli qəsəbəsi “D” masivində yerləşən ticarət cərgəsində köşk quraşdırılmasına icazə verilməsinə baxmayaraq bu günə gədər köşk tikilməsinə icazə verilməməsi geyd edilib. Bununla bağlı ALDP sədri Fuad Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Eldar Əzizova məktub göndərib. Məktubda partiya sədri Bakı şəhər merindən 1988-ci ildə Çernobıl AES-ın qəza ləğvinin aradan qaldırılmasında iştirak etmiş və yüksək şüa aldığından ömürlük əlilə çevrilmiş, işsiz olan Tofiq Camal oğlu Əhmədova müvafiq qanun və qaydalar çərçivəsində köşk üçün torpaq sahəsinin ayrılmasına köməklik göstərmək xahiş olunub.