Son xəbərlər
25 MAY
24 MAY
23 MAY
SİYASƏT

“Budəfəki təxribata BMT şərait yaradıb”

<b>“Budəfəki təxribata BMT şərait yaradıb” </b>

“Bildiyiniz kimi, BMT üzvü olan hər bir ölkənin illik hesabatını qəbul edir

Lakin təəssüf ki, budəfəki hesabatda Ermənistan təxribata yol verib, qondarma “Dağlıq Qarabağ respublikası"nın hesabatının BMT-nin saytında yerləşdirilməsinə nail olub”. Baymedia.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Azay Quliyev çıxış edərkən deyib. Deputat bildirib ki, hesabat rəsmi hesabat statusunda 6 dildə yayılıb: “Buna müvafiq qurumlar tərəfindən münasibət bildirməlidir. Ermənistan tərəfindən bu cür təxribatlar indiyədək də edilib. Lakin budəfəki təxribata BMT şərait yaradıb. İndiyədək heç bir halda BMT tərəfindən belə qanunsuzluğa yol verilməyib. Təşkilatın qəbul etdiyi qətnamələr Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Belə olan halda, necə ola bilər ki, BMT tərəfindən belə bir hesabat "Arsax" adı ilə qəbul olunsun?
Əli